
Ruhi sağlamlıq bir çox fərqli amillərdən təsirlənə bilər, həyat dəyişdirən hadisələrdən gündəlik tapşırıqlara qədər. Və ruhi sağlamlığımızı yaxşılaşdırmaq üçün aktiv şəkildə iştirak edə biləcəyimiz bir çox strategiyalar var.
•Hobbi nə deməkdir?
Hobbi əyləncə məqsədilə boş vaxtda və ya istirahət zamanı müntəzəm olaraq edilən hər hansı bir fəaliyyətdir. İstər yaradıcı, idman, akademik, istərsə də daha fərdi bir şey edin, əslində vacib olan odur ki, bu fəaliyyət sizə mənalı və zövqlüdür. Hobbilər tək başına sakit vaxt keçirməkdən, başqaları ilə görüşmək və yeməkdən, təbiətlə əlaqəyə girməkdən, idmanla məşğul olmaqdan və hətta səyahət etməkdən ibarət ola bilər. Tədqiqatlar göstərir ki, biz zövq aldığımız fəaliyyətlərə vaxt ayırdıqda, ruhi sağlamlığımız inkişaf edə bilər.
•Faydaları nələrdir?
Stressin azaldılması: Boş və ya istirahət zamanında fəaliyyət göstərmək stress səviyyələrini azaldır. Hətta bir tədqiqat göstərdi ki, iştirakçıların təxminən 75%-nin kortizol səviyyələri sənət əsəri yaratdıqdan sonra aşağı düşüb.
Rifahın artırılması: Yeni Zelandiyada aparılan bir tədqiqat göstərdi ki, yaradıcı fəaliyyətlərə qatılmaq uzun müddət təsirli ola biləcək yaxşılaşmış rifah hissi ilə nəticələnə bilər. İştirakçılar yaradıcı fəaliyyətlə məşğul olduqları günlərdən sonra daha yüksək bir müsbət əhval-ruhiyyə və inkişaf hissi keçirdiklərini bildirdilər.
Sosial əlaqənin gücləndirilməsi, depressiya və narahatlığın azaldılması: Hobbilərin təkbaşına ruhi sağlamlığa olan faydaları ilə yanaşı, qrup və ya "komanda" hobbiləri də sosial əlaqə, dostluq və dəstək üçün vacib imkanlar təqdim edir. Tədqiqatlar həmçinin göstərir ki, komanda idmanlarında müntəzəm iştirak edən böyüklər depressiya, narahatlıq və ya stress əlamətləri yaşamağa daha az meyllidirlər.
Mənbə: Mental Health Education
Tərcümə etdi: Arzu Qafarova
