Bu gün:

Duolingo nədir?


Duolingo dünyanın ən populyar pulsuz dil öyrənmə proqramlarından biridir və dil öyrənmək istəyənlər üçün hazırlanıb. Əyləncəli və interaktiv üsulla müxtəlif səviyyələrdə dil təhsili təklif edən platforma həm yeni başlayanlar, həm də dil biliklərini təkmilləşdirmək istəyənlər üçün ideal həll yoludur.


Duolinqonun xüsusiyyətləri nələrdir?


Əyləncəli və interaktiv təhsil: Duolingo oyunlarla öyrənmə təcrübəsi təklif edir. İstifadəçilər səviyyələri keçdikcə xal qazanır, mükafatlar alır və liderlər lövhəsində öz reytinqlərini görə bilirlər.


Fərqli dil seçimləri: Platforma ingilis, fransız, ispan, alman və yapon kimi bir çox dilləri öyrənmək imkanı təqdim edir. Əlavə olaraq, nadir dillər və ya süni dillər (Klinqon kimi) tətbiq daxilində də mövcuddur.


Hərtərəfli məzmun: Buraya qrammatika, lüğət, dinləmə və danışma bacarıqlarını təkmilləşdirən dərslər daxildir. Hər bir dərs qısa və asan başa düşülən şəkildə tərtib edilmişdir.


Çeviklik və əlçatanlıq: Duolingo istənilən vaxt mobil proqram və veb brauzer vasitəsilə istifadə edilə bilər. Dərslər qısamüddətli olduğundan, hətta gərgin iş qrafiklərinə belə asanlıqla uyğunlaşdırıla bilər.


Pulsuz və premium seçimlər: Tətbiq pulsuz istifadə edilə bilər. Bununla belə, reklamsız təcrübə və əlavə funksiyalar üçün Duolingo Plus abunəsi təklif olunur.


Kimə uyğundur?


Başlanğıc dil öyrənənlər: Əsas dil öyrənmək üçün mükəmməldir.


İkinci dil öyrənmək istəyənlər: Dili təkmilləşdirmək və ya yeni dil öyrənmək üçün uyğundur.


Sürətli və çevik öyrənmə axtarışında olanlar: Gündə cəmi 5-10 dəqiqə sərf etməklə dil öyrənməyə kömək edə bilər.


Üstünlüklər


Pulsuzdur


Əyləncəli və həvəsləndirici öyrənmə prosesi təklif edir


Öz sürətinizdə işləməyə imkan verir.


Mənfi cəhətləri


Qabaqcıl dil biliklərini təmin etmək kifayət olmaya bilər.


Danışıq təcrübəsi üçün məhdud imkanların təmin edilməsi


Duolingo dil öyrənməni hər kəs üçün əlçatan və zövqlü edən proqramdır. Həm hobbi olaraq dil öyrənmək istəyənlər, həm də akademik və ya peşəkar məqsədləri olanlar üçün effektiv başlanğıc nöqtəsidir. Dil öyrənməyə başlamaq istəyirsinizsə, Duolingo-nu indi sınaya bilərsiniz.


Mənbə: Fikrimucit


Tərcümə etdi: Səidə Əsədli

Paylaş
Şərh əlavə et