Bu gün:

Dünyanın ən nadir balinası ilk dəfə araşdırılır


Yeni Zellandiya alimləri dünyanın ən nadir balinası hesab edilən növü tədqiq etməyə başlayıblar. Bir həftə davam edəcək araşdırma balinanın davranışı, pəhrizi və hətta əsas anatomiyası haqqında boşluqları doldurmağa kömək edəcək. 

Bu ilin əvvəlində Yeni Zelandiyanın Cənub adasında sahilə çıxan ölü avar dişli balina, əvvəllər heç vaxt canlı olaraq görülməmiş dərin dəniz məməlisini araşdırmaq şansı verdi.

Beş metr uzunluğundakı balina iyul ayında sahildən çıxarılıb və o vaxtdan bəri xüsusi dondurucuda saxlanılır. 

Balina mütəxəssisi Anton van Helden bildirib ki, alimlər ilk dəfə dimdikli balina növünə aid tam avar dişli nümunəni tədqiq edə biliblər.

Van Helden açıqlama verərək, "Bu, fövqəladə və qlobal əhəmiyyətli bir fürsətdir" -  dedi. O, həmçinin: “Dimdikli balinalar planetdəki nəhəng məməlilərin ən müəmmalı növüdür. Onlar dənizdə nadir hallarda görülən dərinlikdə üzən dalğıclar kimidir və bu, həmin dəniz heyvanlarını öyrənmək üçün çətinliklər yaradır" - dedi. 

Bu növ ilk dəfə 1874-cü ildə Chatham adalarından toplanmış alt çənə və iki diş vasitəsilə təsvir edilmişdir.


Mənbə: NTV

Tərcümə etdi: Səma İsmayılova

Paylaş
Şərh əlavə et