Günəş sisteminin dərinliyinə getdikcə, elmin kəşf sahələrindən biri olan Kuiper qurşağı ilə qarşılaşırıq. Bu bölgə Günəşdən təxminən 30-55 astronomik vahid (AU) məsafəsində, Plutonun orbitindən kənarda yerləşir və çoxsaylı kiçik, buzlu göy cisimləri ilə doludur. Hollandiyalı astronom Gerard Kuiperin adını daşıyan bu kəmər Günəş sisteminin tarixinə işıq salan mühüm ipuçlarını ehtiva edir.

Kuiper qurşağının xüsusiyyətləri:
Kuiper qurşağı kiçik planetlərdən, kometa mənşəyindən və digər kiçik göy cisimlərindən ibarətdir. Bu cisimlər ümumiyyətlə qaya, su və donmuş metandan ibarətdir. Astronomlar buradakı materialların Günəş sisteminin yaranmasından qalan “fosillər” olduğunu düşünürlər. Pluton və onun kimi cırtdan planetlər Kuiper qurşağının ən tanınmış üzvlərindəndir. Plutondan başqa, Haumea, Makemake və Eris də bu kəmərdə mühüm cırtdan planetlərdir.
Elmi əhəmiyyəti:
O, astronomlar tərəfindən böyük maraqla öyrənilir, çünki tərkibində Günəş sisteminin ilk dövrlərinə aid materiallar var. Buradakı cisimlərin kimyəvi quruluşunu başa düşmək Günəş sisteminin formalaşması və təkamülü haqqında qiymətli məlumat verir. Bundan əlavə, bu kəmərdə bir çox qısa dövrlü kometlərin yarandığı düşünülür.
Kuiper kəmərinin kəşfləri:
1992-ci ildə Kuiper qurşağında Plutondan başqa ilk göy cismi kəşf edildi və bu, elm aləmində böyük həyəcan yaratdı. Bu gün burada minlərlə kiçik göy cisimlərinin olduğu məlumdur. Plutondan sonra NASA-nın "New Horizons" kosmik gəmisi Kuiper qurşağındakı başqa bir göy cismi olan Arrokota (əvvəllər Ultima Thule) nəzər yetirdi və bu bölgənin Günəş sistemindən kənara keçidi ilə bağlı mühüm məlumatlar topladı. Kuiper qurşağından kənarda Oort buludu adlanan daha böyük və daha da sirli bir bölgə yerləşir. Kuiper qurşağı Oort buluduna keçiddə bir pilləkən rolunu oynasa da, bu iki bölgə birlikdə Günəş sisteminin sərhədlərini təşkil edir.
Kuiper qurşağının sirri:
Bu bölgə təkcə elm adamlarının deyil, həm də kainatın mənşəyini və gələcəyini anlamağa çalışan hər kəsin marağına səbəb olur. Bəlkə bir gün Kuiper qurşağında bir obyektin kəşfi həyatın mənşəyinə cavab verə bilər.
O, Günəş sisteminin sərhədlərini araşdırmaq və keçmişimizin izlərini dərk etmək üçün açar rolunu oynayır. Bu unikal bölgə kainatın dərinlikləri ilə bağlı daha çox suallara cavab verə bilər.
Mənbə: Fikrimucit
Tərcümə etdi: Səidə Əsədli
