Bu gün:

Simulyasiya edilmiş mirvarilərin digər mirvarilərdən fərqi nədir?


Simulyasiya edilmiş mirvarilər əsl mirvarilərə bənzəyən, lakin təbii yolla və ya mollyuskalar vasitəsilə yaranmayan süni təqlidlərdir. Bu mirvarilər təbii və ya becərilmiş mirvarilərdən bir neçə xüsusiyyətlərinə görə fərqlənirlər. 

Simulyasiya edilmiş mirvarilərin bir neçə növü var. Məsələn: plastik muncuqlar, bərk şüşə muncuqlar, mirvari qabıqlı muncuqlar və tərkibində mum olan içi boş şüşə muncuqlar.

Əsl mirvariləri süni mirvarilərdən ayırmaq üçün sadə üsullar mövcuddur. Məsələn, mirvarini dişlərinizə yumşaq şəkildə sürtərək onun toxumasını yoxlaya bilərsiniz. Əsl mirvarilər adətən azca kobud və qeyri-bərabər səthə malik olur, simulyasiya edilmiş mirvarilər isə tam hamar görünür. Həmçinin, təbii mirvarilər qüsursuz olmur və onların üzərində təbii əmələ gəlməsini göstərən ləkələr ola bilər.


Mənbə: 411answers.com

Tərcümə etdi: Gülçin Abdullayeva

Paylaş
Şərh əlavə et