Bu gün:

Bəşəriyyət nəsli kəsilsə, dünyanın yeni hökmdarı kim olacaq?


Əgər insanlar bir gün yer üzündən silinsəydi, planeti kim idarə edərdi? Mütəxəssislərin fikrincə, fövqəladə zəkasına və həyatda qalma qabiliyyətinə malik bir heyvan bu boşluğu doldura bilər.

Osminoqlar heyvanlar aləminin ən ağıllı növlərdən biri hesab olunur. Mərkəzləşdirilməmiş sinir sistemi və yüksək inkişaf etmiş sinir strukturları olan bu canlılar problemləri həll etmək, mürəkkəb alətlərdən istifadə etmək və tez uyğunlaşmaq qabiliyyəti ilə seçilir. Oksford Universitetinin professoru Tim Coulson bu heyvanların intellektini təkcə fərdi davranışları ilə deyil, həm də ətraf mühitdəki dəyişikliklərə qeyri-adi uyğunlaşmaları ilə ölçür. Xüsusilə, rəng və teksturanı dəyişmək qabiliyyəti sayəsində mükəmməl kamuflyaj mütəxəssisi olduqlarını bildirir. Osminoqlar ekoloji problemlərə uyğunlaşmaq qabiliyyəti ilə sağ qalma ustasıdır. Onların geniş qida çeşidi və yırtıcı xüsusiyyətləri onları ekosistemlərin zirvəsində yerləşdirə bilər. Bundan əlavə, qısa ömür (adətən 1,5-5 il) təkamül dəyişikliklərini sürətləndirə bilər. Bu, insanların yoxluğunda daha mürəkkəb bir cəmiyyəti inkişaf etdirmək potensialını artıra bilər. 

Professor Koulsonun fikrincə, ahtapotlar sualtı şəhərlər salmaqla Atlantidaya bənzər sivilizasiya yarada bilərlər. Bu ssenari elm adamlarını təkamül və zəka anlayışlarını yenidən düşünməyə vadar edir. Osminoqların ən böyük dezavantajı onların skeleti olmadığı üçün quruda yaşamağa uyğun olmamasıdır. Lakin bu, onların dəniz altındakı üstünlüyünə kölgə salmır.  Qabaqcıl əl bacarıqları və mürəkkəb ünsiyyət üsulları ilə dənizlərin dərinliklərində yeni dünya nizamı qura bilirlər.


Mənbə: Onedio

Tərcümə etdi: Mina Yadigarlı

Paylaş
Şərh əlavə et