Albert Eynşteyn 14 mart 1879-cu ildə Almaniyanın Vürtemberq əyalətinin Ulm şəhərində anadan olub. Altı həftə sonra ailəsi Münhenə, daha sonra isə İtaliyaya köçüblər və Albert təhsilini İsveçrənin Aarau şəhərində davam etdirib, 1896-cı ildə isə Zürixdəki İsveçrə Federal Politexnik Məktəbinə daxil olub və fizika və riyaziyyat müəllimi olmaq üçün təhsil alıb. 1901-ci ildə diplomunu alıb, İsveçrə Patent İdarəsində texniki köməkçi olaraq işləməyə başlayıb. 1905-ci ildə doktorluq dərəcəsini alıb.
Eynşteyn fizikanın problemlərinə hər zaman aydın baxışa sahib olduğunu və onları həll etməyə qətiyyətlə yanaşdığını göstərib. O, özünəməxsus bir strategiya ilə hərəkət edirdi və məqsədinə çatmaq üçün əsas mərhələləri təsəvvür edə bilib. O, özünün böyük nailiyyətlərini növbəti irəliləyiş üçün sadəcə addım kimi görüb.
Albert Eynşteyn bir çox Avropa və Amerika universitetlərindən elm, tibb və fəlsəfə üzrə fəxri doktorluq dərəcələri alıb. 1920-ci illərdə Avropa, Amerika və Uzaq Şərqdə konfranslar keçirib, həmçinin bütün dünyada qabaqcıl elm akademiyalarının üzvü olub. Onun işinə görə çoxsaylı mükafatlar qazandığı halda, bunlar arasında 1925-ci ildə Londonun Royal Society-dən Kopley Medalı və 1935-ci ildə Franklin İnstitutundan Franklin Medalı da var.
Eynşteynin istedadı, təbii olaraq, onu çox vaxt intellektual tənhalıqda yaşamağa məcbur edib və istirahət üçün musiqi onun həyatında mühüm yer tutub. Albert Eynşteyn 18 aprel 1955-ci ildə Princeton, Nyu-Cersi ştatında vəfat edib.
Mənbə: The Nobel Prize
Tərcümə etdi: Arzu Qafarova