Parıldayan və sirli ulduzlara baxmaq, həqiqətən də, dünyadan kənar bir təcrübə ola bilər — buna görə də bu parlaq qiymətli daşlar və onların parıldayan naxışları insanları ilk dəfə yuxarıya baxa bildiyindən bəri cəlb edib. Bu parıldayan varlıqlar haqqında maraqlı məlumatlar da az deyil.
Gəlin ulduzlar haqqında az bilinən məlumatlara birlikdə nəzər salaq:
1. Gecə səmasında ümumilikdə 88 rəsmi olaraq tanınmış ulduz qrupu var. Onların əksəriyyəti heyvanlar, əfsanəvi canavarlar, Yunan və Roma mifologiyasından olan xarakterlərlə adlandırılıb. Beş ulduz qrupu yalnız şimal yarımkürəsində, üçü isə yalnız cənub yarımkürəsində görünə bilər.
2. Biz ulduzlara baxdıqda, əslində, zamanın gerisinə baxırıq. Bunun səbəbi budur ki, işıq saniyədə 186,000 mil sürətlə hərəkət etsə də, ulduzlar arasındakı böyük məsafələr səbəbindən işığın bizə çatması çox vaxt minlərlə il çəkir.
Gözlə görə biləcəyimiz ən uzaq ulduz V672 Cas adlanır və Kassiopeya ulduz qrupunda yerləşir. Bu ulduz Yerə 16,308 işıq ili məsafədədir. Beləliklə, bu ulduzdan gələn işıq, təşkilatlanan insan sivilizasiyasından çox əvvəl, Yer üzünün sonuncu buz dövründə yaranıb.
3. Hamımız bilirik ki, Günəş də bir ulduzdur, amma, əslində o, cırtdan ulduz olaraq təsnif edilir. Günəş kainatdakı əksər ulduzlardan çox kiçikdir. Məsələn Orion ulduz qrupuna aid olan Betelgeuse bizim gözlə görə bildiyimiz ən böyük ulduzlardan biridir, qırmızı nəhəng olaraq təsnif edilir və faktiki olaraq Günəşdən 700 dəfə böyükdür.
Cırtdan ulduz olaraq, Günəş orta ulduzdan daha az güclüdür, amma yaxşı xəbər odur ki, o, daha uzun bir səma həyatına sahib olacaq. Günəş artıq 4.6 milyard yaşındadır, amma ehtimal ki, 9-10 milyard illik ömrünün yalnız yarısındadır.
Mənbə: Positive Prints
Tərcümə etdi: Arzu Qafarova