
1. Kate Winslet Leonardo DiCaprionu Cek Dauson rolunu oynamağa inandırmalı idi. Üstəlik, bunun üçün Leodan əl çəkməyərək Kann film festivalına qədər arxasınca düşmüşdü. Oskar mükafatlı aktyor bu inandırma cəhdini belə izah etdi: “Onu buna inandırmalı oldum, çünki əks halda bu layihədə iştirak etməzdim. Mən onsuz bunu edə bilməzdim. Çünki o, dahidir!”
2. Jack Dawson rolu üçün aktyor seçimi zamanı Ceyms Kemeronun siyahısında Kristian Beyl və Tom Kruz kimi adlar daxil idi. Bu siyahıda həm də “Cluelles” filmində Elton rolunu canlandıran Ceremi Sisto da var idi. Populyar aktyor müsahibəsində bu rolla bağlı bunları deyib: “Bu, ala bilmədiyim işlərdən biri idi. Mən ssenarini Kate və daha üç aktyorla oxudum. Mən dəlicəsinə ondan ilham aldım. Rolu ala bilməyəndə çox pis olmuşdum”.
3. Aktyorlar şənlikdə olan zaman naməlum biri heyətin dəniz məhsulları yeməyinə bir növ preparatlar əlavə etdi və bu, hallüsinasiyalara səbəb oldu. Bu “zarafat”dan hamının razı olduğunu deyə bilmərik. Brock Lovett obrazını canlandıran Bill Paxton 1996cı ildə verdiyi açıqlamada baş verənləri belə izah edir: “Bəziləri gülür, bəziləri ağlayır, bəziləri qusurdu, çox narahat olmuşduq".
Mənbə: Vogue
Tərcümə etdi: İbrahim Çobanlı
