Bu gün:

NASA, Marsın yeni fotolarını paylaşdı.


NASA-nın 13 ildir Marsın səthində araşdırma aparan Curiosity cihazı yay aylarında Gediz Vallis kanalı boyunca lentə aldığı görüntüləri paylaşıb. NASA-nın paylaşdığı 360 dərəcə panorama görüntülərində əvvəllər görülməmiş ağ kükürd daşları ilə dolu bir sahə aşkar edilib.

Kosmik gəminin qabaqcıl kameraları sayəsində kükürd daşları ətraflı şəkildə araşdırılıb. Curiosity layihəsinin alimi Ashwin Vasavada: "Biz kükürd sahəsinə hər tərəfdən baxdıq və onun əmələ gəlməsinə dair ipucular axtardıq. İndi həll etmək üçün əyləncəli bir tapmacamız var" - dedi.

Curiosity komandası daşların necə və hansı şəraitdə əmələ gəldiyini anlamaq üçün geniş məlumat toplayıb. Alimlər Marsın quru iqlimə keçməsi zamanı bu bölgənin xüsusiyyətlərinin necə formalaşdığını anlamağa çalışırlar. Xüsusilə, onlar milyardlarla il əvvəl, planetin daha isti və rütubətli olduğu vaxtlarda bölgədəki suyun mikrob həyatını dəstəklədiyinə dair sübut axtarırlar.

Gediz Vallis kanalında edilən bu kəşflər Marsın keçmişdəki su və iqlim dövrləri haqqında mühüm məlumatlar verir. Curiosity tərəfindən toplanan məlumatlar Qırmızı Planetin həyat üçün uyğun olub-olmadığını anlamaqda mühüm rol oynayır.

Mənbə: Ntv

Tərcümə etdi: İbrahim Çobanlı

Paylaş
Şərh əlavə et