
Dan Brown-un Başlanğıc əsəri məşhur Robert Langdon seriyasının beşinci romanıdır. Əsər 2017- ci ildə nəşr olunmuş və dərhal beynəlxalq bestsellərə çevrilmişdir. Bu əsər Dan Brown-un müasir texnologiya, elm və din arasındakı münasibətlərə dair fəlsəfi və maraqlı araşdırmasını əks etdirir.
Roman İspaniyada, Barselona və Bilbao kimi şəhərlərdə baş verir. Əsərin əsas mövzusu iki əsas suala cavab tapmaq cəhdidir:
1) " Biz hardan gəlmişik?"
2) " Biz haraya gedirik?"
Robert Langdon Harvard Universitetinin simbologiya professoru əsərin əsas qəhrəmanıdır. O, dostu və zəngin futurist Edmond Kirsch-in təqdimatına qatılır. Kirsch yeni bir kəşf ilə bu suallara cavab tapdığını iddia edir və bunu ictimaiyyətə açıqlamaq istəyir. Lakin təqdimat zamanı gözlənilməz bir sui-qəsd baş verir və Kirsch öldürülür.
Langdon, Kirsch-in sirrini açmaq və onun insanlığa təqdim etmək istədiyi məlumatı tapmaq üçün mübarizə aparır. Ona bu yolda Kirsch-in süni intellekti olan Winston və İspaniya kralının keçmiş nişanlısı, ağıllı və cəsur Ambra Vidal kömək edir.
Roman texnologiyanın insan həyatına təsiri və insanlığın gələcəyi ilə bağlı dərin fəlsəfi suallar ortaya qoyur. Həmçinin, ənənəvi inancların müasir elmi nailiyyətlər qarşısında necə mövcud qala biləcəyini araşdırır.
Hazırladı: Zeynəb Həsənova
