Bu gün:

Alp dağlarında əriyən buzlaqlar altında gizlənən sirləri ortaya çıxarır


Buzlaqlar inanılmaz obyektləri üzə çıxarmağa başlayıb. Son illərdə arxeoloqlar 1300 illik oxları , Birinci Dünya Müharibəsindən qalma əşyaları və hətta itkin düşmüş səyahətçilərin qalıqlarını sənədləşdiriblər . Bu yaxınlarda İsveçrə Alp dağlarında bir səyahətçi bambuk vaqon kimi görünən bir şeylə qarşılaşıb, lakin arxeoloqlar bunun nə olduğundan əmin deyillər. 

Alp dağlarında əriyən buzlaqların altından çıxan obyekt sosial mediadakı şərhçilər tərəfindən xizək, vaqon və ya hətta ilk təyyarənin bir hissəsi kimi adlandırılıb, lakin arxeoloqlar hazırda onun məqsədindən əmin deyillər. 

 

Mütəxəssislər iki şeyi bilirlər: iki təkərli obyekt bambukdan hazırlanıb və 20-ci əsrə aid olduğu görünür. 

 

Mənbə: ati 

Tərcümə etdi: Səidə Abasova

Paylaş
Şərh əlavə et