Bu gün:

Göyqurşağı necə yaranır?


Göyqurşağı işığın su damlalarında qırılması və əks olunması nəticəsində yaranan optik və atmosfer hadisəsidir.

Günəş işığı "ağ işıq" olaraq qəbul edilir və fərqli dalğa uzunluğuna malik rənglərdən ibarətdir. Ağ işıq su damlasına düşdüyü zaman qırılma hadisəsi baş verir. Bu zaman işıq spektrdəki rənglərinə- qırmızı, narıncı, sarı, yaşıl, mavi, çəhrayı və bənövşəyi rənglərə ayrılır. Su damlasının daxilində bir neçə dəfə əks olunan işıq şüaları yenidən damlanın səthindən çıxarkən ikinci dəfə qırılır və nəticədə rənglər daha aydın şəkildə ortaya çıxır.

Mənbə: Onedio

Tərcümə etdi: Zeynəb Həsənova

Paylaş
Şərh əlavə et