Kainat hədsiz mürəkkəbliyə malik göz qamaşdıran bir laboratoriyadır. Ulduzlar kainatın əsas tikinti materiallarından biridir və onların doğulmasından qocalığa qədər olan proses elm adamlarını valeh etməkdə davam edir.
İndiyə qədər ulduzlar haqqında çox şey öyrənmişik. Əsrlər boyu teleskopları gecə səmasına yönəltdikdən sonra astronomlar və həvəskarlar hər hansı bir ulduzun kütləsi və ya tərkibi kimi əsas xüsusiyyətlərini anlamaq üçün bilik əldə etdilər. Bəs biz bunu necə edək? Ulduzların yaşını necə hesablayaq?
Ulduzlar gözümüzə görünən işığın, görünən dalğa uzunluqlarını səpələyən dumanlıq adlanan böyük qaz və toz buludlarında əmələ gəlir. Daha uzun dalğa uzunluqlu infraqırmızı işığın buluddan nisbətən pozulmadan keçə bilər. Göy cisminin ulduza çevrilməsi üçün əsas tələb onun “kifayət qədər kütləyə malik olması”dır. Göy cisimlərinin nə olması əsasən onların kütlələrindən asılıdır. Ulduzlar cazibə qüvvələrinin təsiri altında öz nüvələrindəki hidrogeni helium-4 (4He) atomuna çevirərək böyük miqdarda enerji buraxırlar.
Ulduzlar da bizim Günəşimiz kimi “elementar hissəciklər” kimi düşünülə bilər; Necə ki atomlar maddənin “əsas hissəcikləri”dir. Ulduz qrupları qalaktikalar əmələ gətirdikcə, planetlər və nəticədə ulduzların ətrafında həyat yaranır. Ulduzlar min illər boyu astronomiyanın mərkəzi mövzusu olsalar da, güclü teleskopların və kompüterlərin meydana çıxması ilə biz onları yalnız bu yaxınlarda ətraflı şəkildə anlamağa başlamışıq. Yüz il bundan əvvəl elm adamları ulduzların nüvə birləşməsindən qaynaqlandığını bilmirdilər və 50 il əvvəl onlar bilmirdilər ki, Kainatda daim ulduzlar əmələ gəlir. Tədqiqatçılar hələ də qaz və toz buludlarının ulduzları əmələ gətirmək üçün necə çökdüyünü, əksər ulduzların niyə qrup halında əmələ gəldiyini və ya planet sistemlərinin tam olaraq necə əmələ gəldiyini bilmirlər.
Ulduzun yaşını təyin etmək mürəkkəb prosesdir və çox vaxt müxtəlif müşahidələr və hesablamalar tələb edir. Əvvəlcə ulduzun rəngi, parlaqlığı və spektral xüsusiyyətləri müşahidə edilir. Bu məlumatlar ulduzun temperaturu, kütləsi və təkamül vəziyyəti haqqında ipucu verir. Astronomlar ulduzun hərəkətini və məsafəsini də nəzərə ala bilərlər ki, bu da onun yerləşdiyi ulduz klasterinin və ya qalaktikanın yaşını təyin etmək üçün istifadə edə bilərlər. Hidrogenin tükənməsi ilə ulduz daha da böyüyür.
Mənbə: Bilimup
Tərcümə etdi: Nuray Mürsəlova