Bu gün:

Günəşə nə qədər yaxınlaşa bilərik?



Günəş sistemindəki bütün cisimlər arasında, yəqin ki, ən çox öyrənilməsini tələb edən Günəşdir. Onun yaydığı radiasiyadan əlavə, Günəşin səthinin temperaturu 5500°C-dir. Bu temperatur sizin üçün çox olacaq. Ancaq Günəşin ən soyuq hissəsi onun səthidir və siz onun nüvəsinə endikcə temperatur 15 milyon °C-ə qədər yüksəlir. Təkcə səthin temperaturu o qədər yüksəkdir ki, heç bir maddə Günəşin səthində bərk qala bilməz. Bu səbəbdən Günəşə heç bir canlı göndərmək mümkün deyil. Bir canlının Günəşə yaxınlaşa biləcəyi ən yaxın məsafə 145 milyon kilometrdir. Təsəvvür edək ki, Günəşə 145 milyon kilometr yaxınlaşan bir astronavt bu məsafədən sonra atdığı hər addımda bədəninin bir hissəsi yanmağa başlayacaq.

Bütün bunlara baxmayaraq, Günəşə ən yaxın məsafə belə çox uzaqdır. NASA-nın astronavtları üçün hazırlanmış paltarlar üzərində işləyən Ralf Maknuttun sözlərinə görə, "Hazırda əlimizdə olan texnologiya kosmosun dərinliklərinə səyahətlər üçün lazım olan paltarları istehsal etmək üçün kifayət deyil". Standart astronavt kostyumunun dözə biləcəyi maksimum temperatur 120°C-dir. Günəşə yaxınlaşdıqca onun yaydığı istilik miqdarı artır. Astronavtın ölməsi cəmi bir neçə dəqiqə çəkəcək.

Mənbə:bilimup

Tərcümə etdi:Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et