Lakin Darvinin heyvanların düşündüyü və hiss etdiyi təklifi uzun müddətdir ki, əksər heyvan davranışı mütəxəssisləri arasında qəbul olunmur.
İndi bilirik ki, arılar saya bilir, insan üzlərini tanıyır və alətlərdən istifadə etməyi öyrənirlər. Bir çox elm adamı, heyvanlardakı şüurla bağlı bilinən hər şeyin yenidən nəzərdən keçirilməsinin lazım olduğunu iddia edir, indiyə qədər əldə edilən tapıntıların qəti bir nəticəyə gəlmədiyini söyləsə də, Birch bütün elmi araşdırmalar birlikdə götürüldükdə, heyvanların şüurlu olma ehtimalının olduğunu bildirir. Bu vəziyyət təkcə meymun və delfin kimi digər heyvanlardan daha inkişaf etmiş bir mərhələyə çatmış heyvanlara aid deyil.
Bəzi ekspertlər hesab edir ki, ilanlar, ahtapotlar, xərçənglər, arılar və hətta meyvə milçəkləri də şüurlu ola bilər. "Hazırda eksperimentlərin əksəriyyəti insanlar və meymunlar üzərində aparılır və bu, işimizi olması lazım olduğundan daha çətinləşdirir. Biz şüurun tərifini ən sadə formada öyrənmirik" deyir Kristin Andrews. Prof. Andrews və bir çox digər ekspertlər hesab edirlər ki, insanlar və meymunlar üzərində aparılan tədqiqatlar ünsiyyət qurmaq və mürəkkəb duyğuları hiss etmək qabiliyyətinin nümayiş etdirilən yüksək şüur səviyyələrini araşdırır.
Mənbə: bbc news türkçe
Tərcümə etdi: Uğur Hacıyev