Bu gün:

Rayon məktəblərində müəllim çatışmazlığının səbəbləri nələrdir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı təhsil eksperti Qoşqar Məhərrəmovdur. O, rayon məktəblərindəki müəllim çatışmazlığının səbəblərindən danışıb. 


-Bəzi rayonlarda fəaliyyət göstərən məktəblərdə müəllim çatışmazlığı var. Bir çox müəllimlər rayon məktəblərində işləmək istəmir. Sizcə, bunun əsas səbəbi nədir?



-Rayonlarda müəllim çatışmazlığı bir neçə səbəbə görə ola bilər. Bunlardan ən əsası isə rayonlarda həyat şəraitinin şəhərə nisbətən daha aşağı olmasıdır. Bəlkə də, rayonlarda müəllimin aldığı əməkhaqqı daha çox ola bilər, həmin pul ilə ala biləcəyi məhsulların sayı daha çox ola bilər. Lakin ümumi-sosial-mədəni vəziyyət rayonlarda daha aşağı olduğuna görə insanlar böyük şəhərlərə axın edir. Dünyada, ümumiyyətlə, trentendesiya böyük şəhərlərə axın-urbanazasiya yönündədir. Urbanazasiyanın qarşısının alınması üçün dövlət səviyyəsində müxtəlif tədbirlər görülməlidir. Rayon yerlərində kinoteatr, idman və əyləncə mərkəzləri kimi sosial mühitlərin az olması insanların şəhərlərə axın etməsinə, rayon yerlərinə rəğbətin azalmasına səbəb olur. Ona görə də, insanlar böyük şəhərlərdə oxumaq, işləmək istəyir.


Bunu da nəzərə almaq lazımdır ki, müəllim auditoriyasının çoxunu qadınlar təşkil edir və qadınlar da ailə qurduqda, əsasən, həyat yoldaşlarının iş yerinə daha yaxın məsafədə iş axtarmalı olurlar. Rayonlarda isə iş yerləri az olduğuna görə kişilər daha az ehtimalla iş tapa bilir və beləliklə, böyük şəhərlər onlar üçün daha əlverişli olur. 


Hətta rayondan olan insanlar belə ali təhsil üçün şəhərlərə gəlir və geri qayıtmır. Çünki burada təhsil üçün daha yaxşı şərait-özəl kurslar, özəl təhsil mərkəzləri, ən əsası özlərini inkişaf etdirə biləcəkləri mühit var. Bu səbəblərə görə seçim yenə şəhərlər olur. Bu vəziyyətin qarşısını almaq üçün mütləq real rəğbətləndirmə olmalıdır. 


Məsələn, ucqarlarda işləyən insanların əməkhaqqıları 40% digərlərindən yüksək olmalıdır ki, orada öz ehtiyaclarını qarşılaya bilsinlər. Həmçinin onların qalma şəraiti də  yaxşılaşdırılmalıdır. Müəllimlərin kirayə haqqını qarşılamaq, yaxud onlar üçün yataqxanalar yaratmaq olar. Əsasən, gəncləri rayon yerlərinə rəğbətləndirə bilərik, çünki bu kimi şəraitlər yaradılsa, onlar üçün rayonları seçmək daha asan olar. 


Oreantal yol ilə çatışmazlığı nisbətən aradan qaldırmaq mümkündür. Əlbəttə, yüksək şəraitdə, hər müəllimin 3 və ya 5 il müddətinə orada qalmağı şərti lazımdır. Bundan əlavə, ali təhsilini yaxşı nəticələr ilə bitirən tələbə birbaşa imtahan vermədən təyinat ala bilər, həmin yerlərdə zövqlə işləyə bilərlər. Bu kimi tədbirlər görülsə, həmin çatışmazlıq nisbətən aradan qalxa bilər.


Günay Məmmədova

Paylaş
Şərh əlavə et