Bu gün:

Saturnun neçə peyki var?


Saturnun 2014-cü ildən etibarən peyk kimi tanınan 53 təbii peyki var. Beynəlxalq Astronomiya İttifaqı tərəfindən kəşf olunmağı gözləyən peyklər kimi müəyyən edilən doqquz müvəqqəti peyk var.

 Christiaan Huygens 1655-ci ildə Saturnun peyki Titanı kəşf etdi, bu Saturnun orbitində fırlanan peykin ilk kəşfi idi. Giovanni Domenico Cassini növbəti dörd peyki tədqiq edərək, 1671-ci ildə İapetusu, 1672-ci ildə Rhea'yı və 1684-cü ildə Dione və Tetis'i tapdı. Titan Saturnun peyklərinin ən böyüyü və Günəş sistemindəki ikinci ən böyük peykdir. Onun atmosferi tarixdən əvvəlki Yer atmosferinə bənzəyir. Saturnun kiçik peyklərinin çoxu bir-birinə yaxın orbitdədir,  bəzən orbitlərini dəyişirlər.

Mənbə: 411answers.com 

Tərcümə etdi: Aysel Aslanova 

Paylaş
Şərh əlavə et