Beyin mürəkkəb bir orqandır. Bəzi alimlərin fikrincə, struktur dinamikası baxımından kainatda qarşılaşdığımız ən mürəkkəb strukturlardan biridir. Bu vəziyyət istər-istəməz beynin şişirdilmiş ifadələrə məruz qalmasına və reallıqdan uzaqlaşmasına səbəb olmuşdur.
"Beynimiz o qədər böyük orqandır ki, beyindəki sinir əlaqələrinin (sinapsların) sayı kainatdakı bütün ulduzların və hətta kainatdakı atomların sayından çoxdur" deyərək irəli sürülən iddialar saxtadır.
Bu cür miflərin mənbələri çox müxtəlif ola bilər. Sinapsların sayını kainatdakı atomların sayı ilə müqayisə edərək səhv məlumat verənlərdən biri də Amélie filmidir. Onu ulduzların sayı ilə müqayisə edən mənbələrə daha çox rast gəlinir.
Həqiqət budur ki, kainatdakı ulduzların sayı beynimizdəki sinapsların sayından 700.000.000 (700 milyon) dəfə çoxdur.
Mənbə: Evrimagaciofficial
Tərcümə etdi: Günay Məmmədova
