Bu gün:

İxtisas seçimi bu gün başa çatır


Ali təhsil müəssisələrinə ixtisas seçimi 19 avqust saat 23:59 da başa çatır.

Avqustun 9-da başlayan bu proses onlayn şəkildə həyata keçirilir. Belə ki, seçdiyi ixtisas qrupu üzrə müvafiq müsabiqə şərtlərini ödəyən hər bir abituriyent bu prosesdə iştirak edə bilər. Seçim zamanı, seçilən 15-dək ixtisasın kodlarını Dövlət İmtahan Mərkəzinin saytına,  “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etmək mütləqdir. 

Hazırki statistikaya əsasən, I ixtisas qrupu üzrə 23821 nəfər: bunların 22061 nəfəri Azərbaycan bölməsi, 1760 nəfəri rus bölməsi olmaqla, ixtisas seçimində iştirak edib.

II ixtisas qrupu üzrə ixtisas seçimində iştirak edən, 17217 abituriyentin 16029 nəfəri Azərbaycan bölməsi, 1188 nəfəri rus bölməsindəndir.

III ixtisas qrupu üzrə, 18777 nəfəri Azərbaycan bölməsi, 2022 nəfəri rus bölməsi olmaqla 20799 abituriyent, ixtisas seçimində iştirak edib.

IV ixtisas qrupu üzrə ixtisas seçimində iştirak edən, 6229 abituriyentin 5725 nəfəri Azərbaycan bölməsi, 504 nəfəri rus bölməsindəndir.

Son olaraq, V ixtisas qrupu üzrə ixtisas seçimində iştirak edən, 14931 nəfərin 12888 nəfəri Azərbaycan bölməsi, 2043 nəfəri rus bölməsindəndir.


Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et