25 il əvvəl, 1999-cu il avqustun 17-də Türkiyə ən qara günlərindən birini yaşadı. 1999-cu il avqustun 17-də səhər yerli vaxtla saat 03:02-də mərkəzi Kocaeli/Gölcükdə baş verən, Rixter cədvəli ilə 7,5 MVt gücündə olan zəlzələ 45 saniyə ərzində minlərlə insanın həyatına son qoyub.
Avqustun 17-də baş verən zəlzələ bütün Marmara bölgəsində və Ankaradan İzmirə qədər geniş ərazidə hiss olunub. Rəsmi məlumatlara görə, 17 480 nəfər ölüb, 23 781 nəfər yaralanıb. Parlamentin 2010-cu ildə dərc edilən Araşdırma Hesabatına görə, 18 373 nəfər həyatını itirib, 48 min 901 nəfər yaralanıb.
Məlumdur ki, avqustun 17-də və ondan sonrakı ilk günlərdə bütün dövlət qurumları tam təsirsiz olduğundan insanlar heç bir rəsmi tədbir görmədən itkin düşən yaxınlarını kütləvi məzarlıqlarda dəfn etməli olublar. Bu səbəbdən də can itkisi rəsmi rəqəmlərdən çoxdur və qeyri-rəsmi məlumatlara görə, 50 min ölü, 100 minə yaxın ağır və yüngül yaralı, 505 nəfər isə əlildir. 285 211 ev və 42 902 iş yerinə ziyan dəyib.
Bundan əlavə, 133 683 çökmüş bina təxminən 600 000 insanı evsiz qoyub. Təxminən 16 milyon insan müxtəlif səviyyələrdə zəlzələdən zərər çəkib. Bu səbəbdən Türkiyənin yaxın tarixinə dərindən təsir edən ən mühüm hadisələrdən biridir. Zəlzələ həm böyüklüyü, həm təsir etdiyi ərazinin eni, həm də yaratdığı can və maddi tələfat baxımından ötən əsrin ən böyük zəlzələlərindən biridir. Türkiyənin əhəmiyyətli sənaye bölgəsi olan Mərmərə Bölgəsində baş verən zəlzələ çox geniş bir coğrafiyaya təsir edərək ölkədə böyük problemlərə səbəb oldu.
Mənbə: jmo.org.tr
Tərcümə etdi: Aydan İbrahimli
