İngiltərənin paytaxtı Londonda yerləşən və 13 yaşdan yuxarı şagirdlərin təhsil aldığı David Game College məktəbi əsas dərslərin süni intellektlə keçiləcəyi ilk müəllimsiz sinif otağını təşkil edir. Şagirdlər dəftər və kitabdan istifadə etməyəcək, dərsləri kompüter və qulaqlıq vasitəsilə izləyəcəklər.

Müəllimin olmayacağı sinifdə ingilis dili, riyaziyyat və təbiət elmləri kimi əsas dərslər süni intellektlə "Sabrewing" adlı kompüter proqramı ilə keçiləcək. Şagirdlər hər gün dərsə gedib, dərsləri noutbuk və qulaqcıqla izləyəcəklər.
Bəzi pedaqoqlar sinifsiz müəllimləri dəstəkləyir, bəziləri isə klassik təhsildə qarşılıqlı əlaqənin əldə edilə bilməyəcəyini əsas gətirərək onları dəstəkləmir. İllik qiyməti 27 min sterlinq olan kollecin direktoru Con Dalton “Daily Mail” qəzetinə etdiyi açıqlamada sistemi belə müdafiə edib: “Bu bir kvant sıçrayışıdır. Sinifdə süni intellektli təhsil müəllimləri işsiz qoymayacaq. Onlar da texnologiyaya uyğun olaraq inkişaf edəcəklər. Sabrewing Proqramı şagirdlərin suallarını dərhal cavablandırmaqla dərsi çox yaxşı öyrədəcək”.
Süni intellektin müəllimlik etməsinə qarşı çıxan Böyük Britaniya Real Təhsil Kampaniyasının sədri Chris McGovern bunları dedi: “Təbii ki, bu dövrdə süni intellektin təhsildə rolu olacaq. Amma müəllimlərin yerinə süni intellekt qoymaq tənbəllikdən başqa bir şey deyil. Texnologiya heç vaxt yaxşı müəllimə qalib gələ bilməz. Müəllimlərin duyğuları olduğu üçün şagirdlərlə qurğunun qura bilməyəcəyi ünsiyyəti qururlar. Hər kəsin ekrana baxdığı sinifdə dostluq yarada bilməzsiniz. Təhsil insanlıqdan kənarlaşdırılır. “Qurğuların nəzarəti ələ keçirməsi şagirdlərin psixi sağlamlığını pisləşdirir”.
İngiltərə Müstəqil Məktəblər Assosiasiyasının baş icraçı direktoru Rudolf Lockhart David Game Kollecinin süni intellektlə həyata keçirdiyi innovativ layihəsinin nəticələrini görməyin zəruri olduğunu ifadə edərək, “Süni intellektin uyğunlaşa bilən bir öyrənmə yanaşmasında istifadə edilməsi, sözün əsl mənasında oyun qaydalarını dəyişmək potensialına malikdir”- dedi. Qızı Massanı müəllimsiz süni intellekt sinfinə yazdıran Feras Aldalate "Həyat yoldaşım buna qarşı idi, amma Massa və mən bunu dəstəkləyirik" deyə demişdi.
Mənbə: milliyet.com.tr
Tərcümə etdi: Rəfiqə Rəhimli
