Tsundoku kitab və ya digər oxu materiallarını götürüb oxumamaq vərdişidir. Yapon mənşəli olan bu söz əşyaları yığmaq və boşuna yer doldurmaq deməkdir. Dilimizə “bir yığın kitab ” kimi tərcümə olunur.

Bu elə bir vəziyyətdir ki, insanlar çoxlu kitab alıb oxumağa çalışırlar, lakin çox vaxt ardıcıllıq göstərə bilmirlər. Çölə çıxan adam özünü kitab mağazalarında və ya kitab yarmarkalarında tapır və bu vəziyyətdən həzz alır. Bu insanlar kitab qoxusuna aludə olurlar və yaşadıqları mühitin hər yerində kitab görmək arzusunda olurlar. Bu vəziyyət Çin, Yaponiya və Koreyada psixoloji sindrom olaraq təyin olunur.
Bu sindromlu insan uzun müddət xroniki asılılığın olduğunu dərk etmir. Dünyada aparılan araşdırmalarda hər beş nəfərdən ikisində müşahidə edilən bu vəziyyətin tədbir görülmədiyi təqdirdə ciddi həddə çata biləcəyi müşahidə edilir. Onlar kitab yığdıqlarını etiraf etmirlər. Düşünürlər ki, bir gün mütləq oxuya biləcəklər. Daim özlərini qeyri-kafi hiss edir və daha çox kitab oxumaqla bu hissdən qurtula biləcəklərini düşünürlər.
Tsundoku sindromunun müalicəsi insanların bu vəziyyətdən xəbərdar olması və özlərini saxlamağa çalışmasıdır. Əgər pozğunluq gündəlik həyata mənfi təsir göstərməyə başlayıbsa və ya maddi və sosial problemlərə səbəb olubsa, peşəkar yardım tələb olunur. Bu sindromu yaşamamaq üçün bəzi məsləhətlər topladıq.
Əgər əvvəllər aldığınız kitabı oxumusunuzsa, yeni kitab almaq əvəzinə əlinizdə olan kitabları oxumağa çalışmalısınız.
Rəqəmsal materialları seçə bilərsiniz, beləliklə evdə kitablar üçün yer problemini həll edə bilərsiniz. Audiokitablara qulaq asmaq vaxtınıza qənaət etməyə kömək edir; Yolda olarkən, alış-veriş edərkən və ya idman edərkən kitablardan faydalanmağın praktik bir yoludur.
Sevmədiyiniz kitabları oxumağı dayandırmaq və həqiqətən faydalı olduğunu düşündüyünüz kitabları seçmək oxunmamış kitabların yığılmasının qarşısını ala bilər.
Mənbə: BilimUP
Tərcümə etdi: Günay Məmmədova
