Elm adamları 55 il əvvəl Neil Armstronq və Buzz Aldrinin Aya endiyi yerdən çox uzaqda yeraltı mağara olduğunu təsdiqləyiblər və gələcək astronavtları yerləşdirə biləcək daha yüzlərlə mağaranın olduğu düşünülür.

Bazar ertəsi İtaliyanın rəhbərlik etdiyi alimlər qrupu, Ayın ən dərin bilinən çuxurundan əldə edilə bilən böyük bir mağaraya dair sübutların olduğunu söylədi. Mağara Sakitlik dənizində, Apollon 11 eniş yerindən 400 km (250 mil) məsafədə yerləşir.
Alimlər bu dəliyin də Ayda aşkar edilən 200-dən çox dəlik kimi lava borusunun çökməsi nəticəsində əmələ gəldiyini bildiriblər.
Trento Universitetindən Leonardo Carrer və Lorenzo Bruzzone Associated Press-ə göndərdikləri məktubda "Ay mağaraları 50 ildən artıqdır ki, sirr olaraq qalır" dedi.
Nature Astronomy jurnalında yazan tədqiqatçılar, NASA-nın Ay Kəşfiyyat Orbiterindən (LRO) radar ölçmələrini təhlil etdiklərini və nəticələri Yerdəki lava boruları ilə müqayisə etdiklərini bildirdilər.Bundan əlavə, alimlərin fikrincə, çuxurların əksəriyyəti Ayın qədim lava düzənliklərində yerləşir.
Oradakı daimi kölgədə olan kraterlərin içməli su və raket yanacağını təmin edə biləcək donmuş su olduğu güman edilir.
NASA-nın Apollon proqramı zamanı 20 iyul 1969-cu ildə Armstronq və Aldrin ilə başlayan 12 astronavt Aya endi.Tapıntılar Ayda yüzlərlə çuxur və minlərlə lava tunelinin ola biləcəyini də ortaya qoydu.
Mənbə: Flash Haber
Tərcümə etdi: Fatimə Əsədzadə
