Bu gün:

Ev tapşırığı bizi daha ağıllı edirmi?


Əksər uşaqlar üçün ev tapşırığının tərifi olduqca sadədir: Ev tapşırığı dünyanın ən çətin işidir. Valideynlər və müəllimlər üçün ev tapşırığının tərifi bir qədər mürəkkəbdir. Çünki ev tapşırığının faydaları ilə bağlı məlumatlar hələ də qeyri-müəyyən olaraq qalır. Yenə də bu qeyri-müəyyənliyə baxmayaraq, pedaqoqlar ev tapşırıqlarını verməkdə israrlıdırlar.


Tapşırıqlar şagirdlərə necə təsir edir?

2019 Pew Sorğusuna görə, gənclərin hər gün təhsil almağa sərf etdikləri vaxt təxminən bir saatdır. Bu göstərici 1990-cı illərdə gənclərin iş saatından iki dəfə çoxdur. Ancaq yaş azaldıqca vəziyyət bir qədər fərqli olur. 2015-ci ildə aparılan digər sorğuya görə, ibtidai sinif şagirdlərinin ev tapşırığı yükünün gənclərinkindən bir qədər az olduğu bildirilir. Bu sorğu deyir ki, birinci və ikinci sinif şagirdləri dərsdən sonra dərslərə 30 dəqiqə vaxt sərf edirlər. 2012-ci ildə 18 000-dən çox 10-cu sinif şagirdi arasında aparılan araşdırma göstərdi ki, riyaziyyat və təbiət fənlərindən ev tapşırıqlarını yerinə yetirənlər, etməyənlərdən əhəmiyyətli dərəcədə yaxşı qiymət almayıblar. Bununla belə, müəyyən edilib ki, ev tapşırıqlarını yerinə yetirən tələbələr ani testlərdən daha yüksək bal alırlar. Bu şəkildə göstərildi ki, ev tapşırıqları ümumi müvəffəqiyyətə böyük təsir göstərmir.

Ev tapşırığı həqiqətən lazımdırmı?

Tədqiqatlar göstərir ki, tapşırıqlar və layihələr və akademik performans arasında müsbət əlaqə məhduddur. Ev tapşırığının şagird psixologiyasına təsirini ölçən tədqiqatlar göstərir ki, şagirdlərə çox ev tapşırığı vermək onların sağlamlığına zərər verə bilər. 2014-cü ildə 4317 şagird ilə aparılan araşdırmaya görə gündə orta hesabla 3 saat ev tapşırıqlarını yerinə yetirən və məktəb dərslərini oxuyan şagirdlərin stress, yuxusuzluq və digər mənfi sağlamlıq problemləri ilə üzləşdiyi məlum olub. Tədqiqatlar həmçinin göstərir ki, ev tapşırıqları müxtəlif iqtisadi imkanlara malik olan uşaqlar arasında nailiyyət fərqini genişləndirə bilər.

Bəzi təhsil ekspertləri ev tapşırığının tələbələrin özlərini təkmilləşdirməsinin yeganə yolu olduğunu iddia etsələr də, digərləri tamamilə fərqli düşünür. Onlar uzun tapşırıqlar yerinə müəyyən bir mövzuda qısamüddətli tapşırıqların yerinə yetirilməsinin daha qalıcı öyrənmə təmin edəcəyini söyləyirlər. Digər ekspertlər isə məsələyə çox fərqli prizmadan yanaşırlar: Ev tapşırığı verilməlidir; Amma deyirlər ki, bu tapşırıqlar uşağın fitri marağına müraciət etməlidir. Bu yanaşmanı mənimsəyən müəllimlər bildirirlər ki, onlar müşahidə edirlər ki, şagirdləri maraqlı tapdıqları mövzuları araşdırmağı sevirlər və dostlarını da dərsə həvəsləndirirlər.

Ev tapşırıqlarının insan intellektini artırıb-artırmadığı ilə bağlı hələ də mübahisələr olsa da, dəqiq deyə biləcəyimiz məlumatlar var: Onların maraqlarına uyğun təşkil edilən ev tapşırıqları uşaqlarda öyrənmək istəyi yaradır.

Mənbə: BilimUP.com

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et