Bu gün:

Kartlardakı CVV Nömrəsi nədir?



Kredit və ya debet kartındakı CVV nömrəsi kartın arxa tərəfində çap edilmiş üç və ya dörd rəqəmli nömrədir və alış-veriş edərkən istifadəçinin kartın fiziki sahibi olduğunu yoxlamaq üçün istifadə olunur. Bu nömrələrə kartın təhlükəsizlik kodları da deyilir.

MasterCard və Visa tərəfindən buraxılan kartlarda kartların arxasında çap olunmuş üç rəqəmli kodlar olduğu halda, American Express kartları ön tərəfdə CVV nömrəsini göstərən dörd rəqəmli koddan istifadə edir. CVV nömrəsinin məqsədi kart nömrəsinə faktiki kart olmadan daxil olmuş şəxslər tərəfindən kredit və ya debet hesabından saxta istifadənin qarşısını almaqdır.

Mənbə: 411answers.com

Tərcümə etdi: Zəhra Niftiyeva

Paylaş
Şərh əlavə et