Bu gün:

Mars kosmik gəmisi təsadüfən yeni kəşf edib


Kükürdün təmiz elementar forması Qırmızı Planetdə ilk dəfə Mars kosmik gəmisi Curiosity onun üzərindən keçərkən təsadüfən bir qayanı parçaladığı zaman aşkar edilib.

Mars roveri 899 kiloqramlıq gövdəsini qayanın üzərindən keçirəndə qaya qırılıb və elementar kükürdün sarı kristallarını ortaya çıxarıb.

Marsda sulfatlar olduqca yaygın olsa da, bu, Qırmızı Planetdə ilk dəfə kükürdün saf elementar şəklində tapılmasıdır.

Daha da maraqlısı odur ki, Curiosity-nin qayanı tapdığı Gediz Vadisi Kanalı, kükürd qayasının təsadüfən parçalanmasından əvvəl şübhəli görünən qayalarla dolu olmasıdır.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et