Bu gün:

Avstraliyada kompüter sistemlərində bir çox sektorlara təsir edən nasazlıq var


Bildirilib ki, Avstraliyanın müxtəlif ştatlarında bəzi qurum və təşkilatların, o cümlədən bankların və aviasiya sənayesinin əməliyyat sistemlərinə təsir edən fasilə yaranıb.Avstraliyanın ABC News telekanalındakı xəbərə görə, yayımçının sistemləri də daxil olmaqla bir çox sektorlarda əməliyyat sistemlərində fasilələr yaranıb.

Bu səbəbdən nəqliyyat, bank, ödəniş cihazlarında, hava limanlarının qeydiyyat sistemlərində, supermarketlərin nəzarət-kassa aparatlarının əməliyyat sistemlərində, yanacaqdoldurma məntəqələrində və bir çox digər sahələrdə xəta xəbərdarlığı edildiyi, sistemlərin yararsız hala düşdüyü qeyd edilib.

Avstraliya hökumətinin verdiyi açıqlamaya görə, problemin böyük ehtimalla dünya miqyasında yaranan kəsintidən qaynaqlandığı bildirilib. Bildirilib ki, problemin həlli üçün kibertəhlükəsizlik qurumları ilə birgə iş aparılır.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et