Bu gün:

Baydenin prezidentlik yarışından geri çəkilməsi üçün təzyiqlər davam edir


ABŞ-da yüksək rütbəli demokratların ABŞ prezidenti Co Baydenin prezidentlik yarışından geri çəkilməsi üçün təzyiqləri davam edir.CNN-in adı açıqlanmayan mənbələrə istinadən verdiyi xəbərdə, Konqresin yüksək rütbəli üzvü, Nümayəndələr Palatasının keçmiş sədri Nensi Pelosinin Baydenə “anketin nəticələri onun Donald Trampı məğlub edə bilməyəcəyini” dediyi iddia edilib.

Bir mənbə prezidentin onun qalib gələcəyini göstərən sorğular gördüyünü dediyini iddia etsə də, başqa bir mənbə ABŞ prezidentinin anketlərlə bağlı özünü müdafiə etdiyini bildirib.

Pelosinin sözçüsü, Nümayəndələr Palatasının keçmiş sədrinin iyulun 12-dən bəri Baydenlə danışmadığını açıqlayıb.

ABC News-un məlumatına görə, Senat çoxluğunun lideri Çak Şumer Baydenin prezidentlik yarışından geri çəkilməsinin Bayden, Demokratlar Partiyası və ölkə üçün daha yaxşı olacağını bildirib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et