Bu gün:

"İsrail HƏMAS-ı məhv etmədən Qəzzada müharibəyə son qoymayacaq"


İsrailin baş naziri Benyamin Netanyahu bir daha bəyan edib ki, İsrailin Qəzza zolağındakı hərbi əməliyyatı HƏMAS-ın bütün silahlı birləşmələri tamamilə məhv edilənə qədər bitməyəcək.

"Bir çoxlarınız bu müharibənin nə vaxt bitəcəyini soruşursunuz. Mənim cavabım aydın və birmənalıdır - o, yalnız bütün məqsədlərimizə çatanda bitəcək, bir an belə tez deyil. Qələbə boş söz deyil. Qələbə o zaman gələcək ki, biz müharibəni aradan qaldırırıq.",- Baş nazir mətbuat konfransında deyib.

Netanyahunun çıxışı İsrail ordusunun Qəzza zolağında HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Deyfin məhv edilməsinə yönəlmiş əməliyyatı haqqında olub. Baş nazir sektora hücumun məqsədinin bu olduğunu təsdiqləyib və Deifin aradan qaldırılmasının təsdiqlənmədiyini etiraf edib. Bununla belə, o, əməliyyatın hər halda bölgədəki hərbi kampaniyada dönüş nöqtəsi olduğu, İran və onun regiondakı bütün peykləri üçün siqnal rolunu oynadığı fikrini ifadə edib.

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et