Prezident Emmanuel Makron Milli Bayramdan əvvəl (14 iyul) Fransa hərbçiləri qarşısında çıxışında bildirib ki, Fransa Rusiya ilə müharibə vəziyyətinə düşmədən Ukraynanı dəstəkləməyə davam edəcək.
"Biz Rusiya ilə müharibə vəziyyətinə düşmədən və gərginləşdirməyə cəhd etmədən Ukraynanı dəstəkləməyə və öhdəliklərimizi yerinə yetirməyə davam edəcəyik, çünki biz heç vaxt belə vəziyyətə düşməmişik", - dövlət başçısı bildirib. Onun çıxışını Yelisey sarayının mətbuat xidməti yayıb.
Makronun sözlərinə görə, Avropada təhlükəsizlik təhlükədədir. “Fransa ordusu güc balansının nə qədər vacib olduğunu bilir, ona görə də Fransa rəhbərliyinin Rusiyanın müharibədə qalib gəlməsinə imkan verməmək əzmini anlamaq lazımdır”, - Makron davam edib.
O, ukraynalı əsgər və zabitlərin hazırlanmasında Fransa ordusunun mühüm rolunu vurğulayıb.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
