Bu gün:

Rusiya ABŞ-yə cavab verəcək


Kremlin sözçüsü Rusiyanın ABŞ-nin Avropaya uzaqmənzilli raketlər yerləşdirməsinə cavab verəcəyini bildirib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiyanın ABŞ-nin Avropada uzaqmənzilli raketlər yerləşdirməsinə eyni şəkildə cavab vermək üçün kifayət qədər imkanları var, lakin belə halda potensial qurbanlar Avropa paytaxtları olacaq.

VGTRK televiziyasının aparıcısı Pavel Zarubinin Rusiyanın buna cavab verib-verməyəcəyi ilə bağlı sualına o, “Əlbəttə” cavabını verib.

"Həmişə paradoksal bir vəziyyət olub: ABŞ Avropada müxtəlif mənzilli müxtəlif raketlər yerləşdirib, ənənəvi olaraq ölkəmizi hədəfə alıb. Buna uyğun olaraq, ölkəmiz raketlərimiz üçün hədəf kimi Avropa məkanlarını təyin edib",- o bildirib. 

"Ölkəmiz Avropada yerləşdirilən ABŞ raketlərinin hədəfindədir. Biz bunu əvvəllər də yaşamışıq. Bu, əvvəllər də olub. Bizim bu raketlərin qarşısını almaq üçün kifayət qədər imkanımız var. Lakin potensial qurbanlar bu ölkələrin paytaxtlarıdır",- Kreml sözçüsü xəbərdarlıq edib.

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et