Belarus prezidenti Aleksandr Lukaşenko cənub əməliyyat zonasında hərbi təhlükəsizliklə bağlı keçirilən iclasda Ukrayna sərhədində gərginliyin aradan qalxdığını bildirib.
"Ukraynalılar müəyyən işlər görəndən sonra öz silahlı qüvvələrini və sərhədimizə yerləşdirdikləri əlavə qoşunları geri çəkdilər. Onları sərhəddən çıxardılar və, ümumiyyətlə, Belarus-Ukrayna sərhədi zonasından geri çəkildilər. İndi bizim ukraynalılarla heç bir problemimiz yoxdur.”, - deyə prezident BelTA xəbər agentliyinə istinadən bildirib.
Lukaşenko Ukrayna sərhədinə yerləşdirilən əlavə qüvvələrin çıxarılmasını əmr edib.
BelTA xəbər agentliyinin məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna sərhədində gərginliyin sona çatmasından sonra sərhəddə yerləşən əsgərlərə daimi bazalarına geri çəkilmələri barədə göstəriş verib.
BELTA-nın məlumatına görə, Lukaşenko cənub əməliyyat zonasında hərbi təhlükəsizliklə bağlı iclasda etdiyi çıxışda “lazımsız addım atılmamalıdır”,- deyib.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
