
Nigeriyanın mərkəzi Plato əyalətində məktəb binasının uçması nəticəsində 22 uşaq ölüb, ən azı 132 uşaq yaralanıb.
Könüllülər ekskavatorlar, çəkiclər və çılpaq əlləri ilə beton qalaqları və burulmuş dəmir çubuqları yarmaqla tələyə düşənlərin çoxuna çatıblar.
Polis jurnalistlərə bildirib ki, çökmə nəticəsində azı 22 uşaq ölüb, daha çoxu yerli xəstəxanalarda müalicə alır.
Məktəbdə 1000-dən çox şagirdin olduğu güman edilir.
Yerli sakin Abel Fuandai BBC-yə dostunun oğlunun öldürüldüyünü və "faciənin miqyası qorxuludur" deyib.
Mənbə: BBC
Tərcümə etdi: Nəzri Süleymanova
