Bu gün:

127 il həbs cəzası ilə axtarışda olub, İstanbulda tutulub


127 il həbs cəzası ilə axtarılan şəxs İstanbul Başakşehirdə gecə gözətçiləri tərəfindən keçirilən ictimai asayiş əməliyyatı zamanı yaxalanıb.

İyulun 7-də gecə saat 02:00 radələrində Başakşehir Güvercintepe Məhəlləsində ictimai asayişi qoruyan gecə gözətçiləri saxladıqları taksi sürücüsü və yanındakı şəxs üzərində GBT yoxlaması aparmaq istəyiblər.

Narahat davranan və üzərində qan izləri aşkarlanan şəxs Güvercintepe Polis Bölməsinə aparılıb.

Müayinədə Onurhan S. adlı şəxsin son 127 il 3 ay 26 gün həbs cəzası aldığı müəyyən edilib.

Polis bölməsində mühakimə olunan şəxs İstanbul 2-ci Anadolu Uşaq Məhkəməsi tərəfindən 'məhkum və ya məhbusun qaçması', Büyükçekmece 2-ci Uşaq Məhkəməsi tərəfindən isə 'əldə və ya şəxsin üzərində gəzdirilən əşyaları götürərək oğurluq' ittihamı ilə hökm çıxarılıb. 

Başakşehir Gənclik Bürosunda etdiyi əməliyyatlardan sonra ədliyyəyə sövq edilən Onurhan S. həbs edilib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et