Hollandiya İngiltərə ilə, İspaniya Fransa ilə oynayacaq

Avro 2024-ün yarımfinalının bütün iştirakçıları artıq məlumdur.
Türkiyə ilə görüşdə 2:1 hesabı ilə qalib gələn Hollandiya yığması bu mərhələnin sonuncu iştirakçısı olub. Hollandiya İngiltərə ilə iyulun 10-da Dortmundda qarşılaşacaq. İyulun 9-da Münhendə İspaniya və Fransa milliləri digər yarımfinalda qarşılaşacaqlar.
Avro-2024 iyulun 14-də başa çatacaq.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova
