Şimali Koreya Cənubi Koreyanın dünən partladığını elan etdiyi raketi uğurla sınaqdan keçirdiyini iddia edib.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) verdiyi məlumata görə, Şimali Koreya Raket İdarəsi tərəfindən edilən açıqlamada, dünən 170 ilə 200 kilometrlik ərazidə çox başlı raket sınağı həyata keçirildiyi bildirilib.
Açıqlamada raket texnologiyasının sürətli inkişafına uyğun olaraq “sınağın uğurla həyata keçirildiyi” iddia edilib.
Cənubi Koreya sınağın uğursuz olduğunu açıqlayıb
Cənubi Koreya Baş Qərargahının dünən verdiyi açıqlamada yerli vaxtla saat 05.30 radələrində Pxenyan yaxınlığından atılan “ballistik raketin” 250 kilometr uçduqdan sonra Şərq dənizi üzərində havada partladığı bildirilib.
Yonhap agentliyinin hərbi mənbəyə əsaslanaraq verdiyi xəbərdə Şimali Koreyanın “hipersəs raketi sınaqdan keçirmiş ola biləcəyi” proqnozlaşdırılıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
