Bu gün:

Nazir Yerlikaya alman həmkarı Faeser ilə görüşüb


Daxili işlər naziri Əli Yerlikaya Almaniyanın Federal Daxili İşlər və Vətən naziri Nensi Fazerlə görüşüb.

Berlində keçirilən görüşlə bağlı sosial media hesabından açıqlama verən Yerlikaya ev sahibliyi etdiyi üçün Faeserə təşəkkür edib.

Görüşdən sonra Türkiyə və Almaniyanın birgə mətbuata açıqlamasında bildirilib ki, nümayəndə heyətləri arasında keçirilən görüşdə iki nazirliyin öhdəlikləri çərçivəsində iki ölkə arasında əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Bəyanatda vurğulanıb ki, mütəşəkkil cinayətkarlıq və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları, həmçinin terrorizmlə mübarizə sahəsində əməkdaşlıq müzakirə edilib:

"İmmiqrant qaçaqmalçılığı ilə mübarizə sahəsində əməkdaşlıq haqqında da fikir mübadiləsi aparıldı. Almaniyada qüvvəyə minən yeni Vətəndaşlıq Qanununun təqdim etdiyi imkanlar və müraciət prosesləri ilə bağlı məsələlər də dəyərləndirildi. Türkiyə vətəndaşlarının vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıldı. Almaniya vizasının alınması prosesi yaxşılaşdırıla bilər".

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et