
Boeing-in yeni Starliner kosmik gəmisini sınaqdan keçirən iki astronavt çərşənbə günü gecə Yerə qayıtmağa başlamalı idi, lakin əvəzində Beynəlxalq Kosmik Stansiyada (BKS) qalacaqlar.
Gəminin Yerə qayıtması onun bəzi təkanlarında problemlər və mühərrik sisteminə yanacaq gətirən helium qazının sızması səbəbindən artıq gecikmişdi.
NASA astronavtlarını evə nə vaxt gətirəcəyinə qərar verməzdən əvvəl texniki problemləri yüksək səviyyədə nəzərdən keçirir.
Mənbə: BBC
Tərcümə etdi: Nəzri Süleymanova
