Bu gün:

Narkotik aludəçiliyi barəsində


Narkomaniya narkotik xüsusiyyətləri olan bir çox maddələri qəbul etmək istəyi və bu istəyin qarşısını ala bilməməkdir. Bu maddələrə kokain, marixuana, bonzai, ketamin, heroin, morfin, metamfetamin və LSD kimi maddələr daxildir. Narkotiklərin asılılıq dərəcəsi müxtəlifdir. Ancaq bu, asılılığın qarşısını almır və bir dəfə qəbul edildikdə, bədən tərəfindən davamlı olaraq tələb olunur. Narkomaniya insanın fiziki və psixi sağlamlığına, ailə və sosial münasibətlərinə mənfi təsir göstərir. Narkotikdən asılı olan insanlar həyati təhlükə altındadır. Alkoqol və siqaret aludəliyi kimi sağlamlığa zərərlidir, lakin narkomaniyanın orqanizmə təsiri spirt və siqaretdən daha sürətli və ölümcüldür. Narkotik aludəçisi olan insanlar bu maddəyə aludə olduqlarının və özlərinə zərər verdiyinin fərqindədirlər. Lakin onlar maddə çatışmazlığından əziyyət çəkdikləri üçün bunun qarşısını ala bilmirlər.

Mənbə: Medicalpark

Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et