Siirtdə krana arxadan vuran avtomobilin sürücüsü Ahmet Deli həyatını itirib. Kran sürücüsü ifadə verməyə çağırılarkən, qəza ilə bağlı araşdırma başlanılıb.
Afetevler Mahallesi Siirt Kurtalan magistralının Ford qovşağında Ahmet Dəli idarə etdiyi avtomobillə eyni istiqamətdə hərəkətdə olan krana arxadan vurub.
Xəbər verildikdən sonra hadisə yerinə polis, xilasetmə və sağlamlıq qrupları sövq edilib. Avtomobildən çıxarılan sürücü ilkin tibbi yardımdan sonra Siirt Təhsil və Araşdırma Xəstəxanasına göndərilib.
Ahmet Deli burada edilən müdaxilələrə baxmayaraq xilas ola bilməyib. Adı açıqlanmayan kranın sürücüsü polis idarəsinə aparılıb.
Mənbə: NTV Haber
Tərcümə etdi: Aminə Paşazadə
