İsveçrədə keçirilən Ukrayna Sülh Sammitində çıxış edən ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukrayna prezidenti Vladimir Zelenskiyə 1,5 milyard dollar əlavə yardım edəcəyini vəd edib.
ABŞ-ın vitse-prezidenti Kamala Harris, İsveçrənin ev sahibliyi etdiyi Nidvalden kantonunun Bürgenstok qəsəbəsində keçirilən sammitdəki çıxışında ABŞ-ın “ədalətli və davamlı sülhə” nail olmaq üçün Ukraynaya tam dəstək vermək əzmini davam etdirdiyini bildirib. O, müharibədən zərər çəkmiş mülki əhalinin vəziyyətini yaxşılaşdırmaq üçün Ukraynaya ən azı 1,5 milyard dollar yardım göstəriləcəyini bildirib.
Mənbə: NTV Haber
Tərcümə etdi: Aminə Paşazadə