
Məsələ ilə bağlı biz həmin ərazidə yaşayan Lolita Axundova ilə əlaqə saxladıq. O bizə məsələnin detalları ilə bağlı ətraflı məlumat verdi.
Mən Axundova Lolita paytaxtın "Kubinka" adlanan ərazisində, "Anadolu" liseyinin yaxınlığında xəstə anamla birgə yaşayıram. 3 gün əvvəl özəl qurum olan Violon MMC-dən nümayəndə gələrək bu ərazidə yüksəkgəlirli tədris mərkəzinin tikiləcəyini və ərazidə olan evlərin söküləcəyini bildirdi.
Bunun qarşılığında bizə məxsus evlərin kvadrat metrinə uyğun məvacib veriləcəyi deyildi. Mənə məxsus ev anamın adınadır və 32 kvadrat metr ərazi təşkil edir. Bu ölçüyə uyğun olaraq mənə 75 min manat pul təklif edirlər. Mən onlara bildirirəm ki, mən şəhərin mərkəzində yaşayıram və evimi satmaq fikrim yoxdur. Mənim azyaşlı övladım yaxınlıqda məktəbə gedir. Əgər siz mənə 75 min manat versəz mən məcbur qalıb şəhərin mərkəzindən kənarda ev almalı olacağam. Bu səbəbdən gərək mən övladıma travma yaşadıb onu məktəbdən çıxarım əks halda mən onu saat 7.30 da məktəbə çatdıra bilməyəcəm. Bundan əlavə mənim anam xəstədir və bir neçə dəfə əməliyyat keçirib. Mən evdə problem olduğu zaman tez bir zamanda anamın köməyinə çata bilirəm. Əgər siz mənə yaşadığım əraziyə yaxın bir yerdən ev verirsinizsə mən evdən çıxaram. Violon MMC dən gələn nümayəndə mənə bildirdi ki ,” heç bir ev söhbəti ola bilməz və verəcəyimiz məbləğdən daha artığı sizə verilməyəcək”.
Onu da qeyd edim ki, qurumun rəhbərinin kim olduğu ilə bağlı məlumatım yoxdur. Mən sadəcə Ramil adlı nümayəndə ilə əlaqə yaradıram. O, söküntü işləri zamanı gəlir və prosesi video qeydə alır eyni zamanda bildirir ki, “mən söküntü işləri aparıram”. Onlar bizə hədə qorxu gəlir ki , “sizin başınıza 3 günə elə bir oyun açacağıq ki, özünüz qaçıb gedəcəksiniz”.
Biz iyunun 7-si 8 dəfə Fövqəladə Halların qaynar xəttinə yığmışıq, lakin gələn olmayıb. Sadəcə vəziyyəti öyrənmək üçün 1 polis əməkdaşı gəldi. O da tikintinin yaratdığı təhlükəli vəziyyətə görə yıxılıb, yaralandı hətta biz ona kömək etməli olduq. O bizə bildirdi ki, “əfsuslar olsun problemin həlli mənim səlahiyyətimdə deyil və biz onlara heç nə edə bilmirik. Qurumlara müraciət edin”.
Violon MMC bizim həyatımızı təhlükəyə atır. Hətta qonşumun 2 azyaşlı övladı evdə yatan zaman söküntü işləri prosesində, divar uçub və pəncərə qırıları uşaqların üzərinə tökülüb. Uşaqların anası bildiri ki, əgər vaxtında çatmasaydım onların həyatı təhlükəyə girə bilərdi. Bunu nümayəndə bildirdikdə o bunu çox soyuqqanlı qarşıladı və bizə bildirdi ki, “olanda olur belə hadisələr” . Bu vəhşilikdir.
21 nəfər qonşum mən və anam daxil olmaqla 21 imza toplamışam ki, mən bu məsələdə tək deyiləm və ərazi olaraq məsələnin həllini tələb edirik. Mən 100 faiz bilirəm ki, bu dövlət layihəsi deyil çünki dövlət layihəsi olan zaman cənab prezident vətəndaşları dövlət layihəsinə uyğun şəkildə hər bir şeylə təmin edir. Mən özüm dövlət qulluqçusuyam, əgər bu dövlət layihəsi olsaydı biz canla başla bunu qəbul edərdik. Belə olan halda aidiyyati qurumlardan məsələnin həllinə dair bizə kömək etməsini rica edirik.
Şəms Ajax
