Bu gün:

“Azərbaycan dövlətinin əsas prioritetləri…”


24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Birliyinin Prezidenti İlqar Hüseynlidir.  İlqar Hüseynli təşkilatın Qarabağda görüləcək yeni işləri ilə bağlı danışıb.


Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi  tərəfindən maliyyələşdirilən yeni layihənin icrasına başlayıb. Bu Qarabağa qayıdış konsepsiyasının gücləndirilməsi istiqamətdə kiçik və orta sahibkarlığın inkişanı dəstəkləyən və Milli QHT tərəfindən icra olunan ilk layihədir.


-Layihənin əsas məqsədi nədir və burada nələr nəzərdə tutulub?


Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızın iqtisadi inkişafı dövlətimiz və milli maraqlarımız üçün ən önəmli məsələlərdən birinə çevrilib. Dövlətimiz tərəfindən görülən quruculuq işləri ilə bərabər yerli vətəndaşların bu prosesdə iştirakçılığı əhəmiyyətlidir. Həyata keçirilən layihənin əsas məqsədi Qarabağ müharibəsi zamanı məcburi köçkün statusu daşımış gənclərə sahibkarlıq bacarıqlarının artırılmasına və sahibkarlığa başlama prosesində onlara dəstək olunmasıdır. Hədəf məqsədlərdən biri də Qarabağ iqtisadi regionunun iqtisadi inkişafına xidmətlə bərabər yerli icmanın da gücləndirilməsidir.


Qarabağ iqtisadi rayonundan olan gənclər və qadınlar təlimlər alacaqlar, ABAD, KOBİA və Sahibkarlığa Kömək Milli Fondu kimi sahibkarlığı dəstəkləyən qurumlarla bağlı informasiyalar çatdırılacaq. Regionda Kiçik və Orta Sahibkarlığın inkişafına imkanlar yaradan, sahibkarlığın inkişafını stimullaşdıran qanun və sərəncamlar barədə məlumatlar veriləcək.


Fəaliyyətə yeni başlayan sahibkarlara uğurlu rol-model təqdim ediləcək. Bununla bərabər layihənin ictimailəşdirilməsi üçün televizya və online media vasitələri ilə də əməkdaşlıq ediləcək. Sahibkarların üzləşdiyi problemlər analiz edilərək təkliflər paketi şəkilində uyğun dövlət qurumlarına çatdırılacaq. Bakı şəhərində və Füzulidə layihə iştirakçılarının və ekspertlərin iştirakı ilə fokus-qrup müzakirələri təşkil olunacaq. 


Layihənin sonunda regiondan olan bir uğurlu biznes rol-model olaraq iştirakçılara nümayış etdiriləcək. Nəticə olaraq bu layihə Qarabağ iqtisadi rayonun yenidən qurulma və iqtisadi inkişaf proseslərində gənclər və qadınların iqtisadi müstəqilliyinin təmininə və regionun inkişafında aktiv rol oynamalarına yol açacaqdır. Tədqiqat və analizlərin nəticəsində əldə olunan hesabat və təkliflər paketi ölkənin müvafiq dövlət orqanlarına təqdim olunacaq.


Layihə Zəngilan (Agalı kəndi), Füzuli, Laçın(Zabux) və Cəbrayıl-4 şəhərciyi və Zobucuq yaşayış məntəqələrində məskunlaşan əhali qrupunu əhatə edəcək. Bu ərazilərdə yaşayan gənclər və qadınlar təlimlərə iştirakçı olaraq cəlb ediləcək. Hazırda Azərbaycan dövlətinin əsas prioritetləri Qarabağa qayıdış prosesinə dəstək, sahibkarlıq imkanlarının stimullaşdırılması, bərpa prosesinin və qayıdışın təmin edilməsidir.


Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et