Bu gün:

İkibaşlı ilan mühafizə altına alınıb


ABŞ-ın Virciniya ştatında bir evin həyətində təbiətdə son dərəcə nadir rast gəlinən ikibaşlı zəhərli ilan peyda olub.


Mis başlı ilanın anatomiyasını tədqiq edən mütəxəssislər hər iki başın zəhərli dişləmə qabiliyyətinə malik olduğunu açıqlayıb.

Virgina Vəhşi Təbiət Mərkəzinin mütəxəssisləri də ilanın dominant başının solda olduğunu qeyd edirlər.


Riçmond şəhərində tapılan ikibaşlı ilan təbiətdə yaşaması çox çətin olduğu üçün mühafizə altındadır.


Mənbə: bbc.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et