
Rənglər yalnız əsas və ara rənglərə deyil, həm də isti və soyuq rənglərə bölünür. Qırmızı, sarı və narıncı isti rənglər arasındadır. Bu rənglər optimizmi, ekstraversiyanı, ümidi və sevgini simvollaşdırır. Soyuq rənglər müvafiq olaraq bənövşəyi, yaşıl və mavidir. Psixologiyada bu rənglər pessimizmi, introversiyanı və təkliyi təmsil edir.
1- Yaşıl: təbiəti, istehsalı və paylaşmağı simvollaşdırır.
2- Boz: qara və ağın qarışığı olan boz, həm qərarsızlığın, həm də tarazlığın simvoludur.
3- Qırmızı: ehtiras və sevginin rəngi olan qırmızı eyni zamanda adrenalin və xoşbəxtliyin simvoludur.
4- Sarı: qızılı, zənginliyi və firavanlığı təmsil edir.
5- Ağ: həm yeni başlanğıcları, həm də məsumluğu simvollaşdırır.
6- Qara: psixologiyada qorxu və sirr simvolu sayılır.
7- Bənövşəyi: bənövşəyi də sarı kimi zənginliyin simvoludur.
8- Mavi: ürəkaçan bir rəng olduğu üçün bir çox fərqli sektorda, xüsusilə tekstil və reklamda istifadə olunur.
Rəng işığın gözün tor qişasında yaratdığı vəziyyət nəticəsində meydana gələn bir görünüşdür. Müxtəlif rənglərin əmələ gəlməsi işığın maddələrin üzərinə udulması hesabına baş verir.
İşığı daha çox udan maddələr tünd rəng tonları, daha az işığı çəkən maddələr isə açıq rəng tonlarını yaradır.
Mənbə:hürriyet.com
Tərcümə etdi:Səmayə Qədirova
