
Kartof Haqqında Maraqlı Faktlar
Oxuyanda heyran olacaqsan. Demək olar ki, hər şeylə yaxşı gedən kartof, qızardılmış və qaynadılmış dadlıdır. Məlum olandan kənar bir yemək. Kartof haqqında bildiklərinizi unudun, bilmədiklərinizi birlikdə öyrənək. Kartofun tarixi səyahəti, təəccüblü xüsusiyyətləri və növləri...
1. Kartofun tarixi
İstər uşaqlar, istərsə də böyüklər hər kəs tərəfindən sevilən kartofun bir çox fərqli cəhətlərinə toxunduq. Kartof ilk dəfə Cənubi Peruda qəbul edilən bir qidadır. Eramızdan əvvəl 3000-ci illərdə Peru xalqı kartof qəbul etməklə yanaşı, müxtəlif növlər də yetişdirməyi bacarıb. 400 növ kartof yeyə biləcəyiniz Peruya gedirsinizsə, mütləq bu kartofu dadın. Əslində, Peru xalqı kartofa o qədər əhəmiyyət verir ki, hətta Peruda 1997-ci ildə tikilmiş Kartof Parkı var.
2. Avropanın kartofla tanışlığı
O, ilk dəfə Avropa səyahətinə 1536-cı ildə başlayır. İspan xalqı avropalıları kartofla tanış edir. Amma avropalıların sərt qaydaları var. Onlar, kartof haqqında çox tərəddüd edir, çünki onun adı İncildə yoxdur. Hesab edilir ki, kartofu Avropaya ilk təqdim edən şəxs Qonzalo Ximenez Quesada olub. Avropa ölkələri əvvəlcə birmənalı qarşılanmasa da, ən çox kartof qəbul edən ölkələr sırasındadırlar. Avropalılar sonradan sevdikləri kartofu demək olar ki, hər yeməkdə qəbul etməyi unutmurlar.
3. Kosmosdan yerə 'Mən Kartofam'
Kartofun faydaları inanılmaz dərəcədə çoxdur! Kartofda portağaldan daha çox C vitamini var. O, həm də kosmosda yetişdirilən ilk tərəvəz kimi tarixə düşüb. Həm də almadan daha çox lif və banandan daha çox kalium ehtiva edir. Viskonsin Universiteti və NASA-nın birgə həyata keçirdiyi layihədə 1995-ci ilin oktyabrında kartof kosmosda yetişdirilən ilk tərəvəz oldu. Kosmos əsrində olmağımız kosmos səyahətləri zamanı qidalanmanın nə qədər vacib olduğunu xatırladır. Ona görə də bu layihə həyata keçirilir. O, uzun kosmos səyahətləri zamanı qidalanma və müqavimət təmin edən bu qidanı kosmos mühitində yetişdirməyi hədəfləyib və buna nail olub. Bundan əlavə, elm adamları gələcəkdə kosmik koloniyalar olsaydı, onların yemək üçün bir şey olacağını düşünürdülər.
4. Ginnesin Rekordlar Kitabına düşən kartof
Bildiyiniz kimi, Ginnesin Rekordlar Kitabı maraqlı hadisələri kitabda birləşdirir. Dünyada bir çox insan özünü sübut etməyə və bu kitabda öz yerini tutmağa çalışır. Halbuki, kartof ilk hərəkət edərək artıq bu kitabda öz yerini tutmuşdur! Dünyada yetişdirilən ən böyük kartof kimi Ginnesin Rekordlar Kitabına daxil olan kartof : onun ümumi çəkisi 8,5 kiloqramdır. Bu kartof hətta görünüşü ilə heyran olmağı bacarır. Restoranlarda satılan orta ölçülü kartofdan cəmi 73 porsiya əldə etmək olar.
5. Kartofun qida dəyərləri
Kartofun kalorili orta kartof üçün təxminən 110 kaloridir. Bundan əlavə, kartof qarğıdalı, buğda və düyüdən sonra dördüncü ən lifli qida kimi öz faydalarını sübut edir. Kartofun təxminən 80%-i sudan ibarətdir. Qalan 20%-in çoxunu nişasta doldurarkən, tərkibində həmçinin kalium, kalsium, maqnezium və protein də var. Bu səbəbdən insan sağlamlığı üçün çox faydalı və doyurucudur! Bir adam heç bir sağlamlıq problemi yaşamadan uzun illər sadəcə süd və kartofla yaşaya bilir.
6. Ləzzətli kartof
Kartof sortlarının xüsusilə Cənubi Peruda təxminən 400-ə yaxın olduğu bilinir. Onların 100-ü yeməli olduğu halda, digərləri bəzi yerlərdə istifadə olunur. Yaşıl kartof heyvan yemi kimi istifadə olunur. A və D vitaminləri ilə zəngin olan kartofu uzun müddət qaranlıqda saxlamaq kifayət qədər təhlükəlidir! Çünki uzun müddət qaranlıqda qalan kartof zəhərli ola bilər.
Mənbə : hediyemen. com
Tərcümə etdi : Aysel Aslanova
