
Orxan Pamuk 1952-ci ildə İstanbulda anadan olub. O, şəhərin zəngin məhəlləsi Nişantaşıda izdihamlı bir ailədə böyüyüb. Orta məktəbi İstanbulda Robert Kollecində oxuyub. Pamuk uşaqlığından 22 yaşına kimi davamlı olaraq rəsm çəkdiyi üçün gələcəkdə rəssam olacağını düşünürdü. İstanbul Texniki Universitetində 3 il ərzində Memarlıq fakültəsini bitirdikdən sonra o, memar və ya rəssam olmayacağına qərar verdi. Memarlıq fakültəsindən ayrılan Pamuk İstanbul Universitetində Jurnalistika fakültəsində təhsil alıb. 23 yaşından sonra yazıçı olmaq qərarına gəldi və bütün səylərini bir kənara qoydu, evə qapandı və özünü yazıçılığa həsr etdi.
İlk romanı olan "Cevdet bəy və oğulları" 1982-ci ildə çap olunub. Növbəti il “Səssiz ev” romanını nəşr etdirən Pamuk bu kitabın fransızca tərcüməsi ilə 1991-ci ildə “Prix de la decouverte europeene" mükafatını qazandı. Orxan Pamuk beynəlxalq şöhrəti ilk dəfə 1985-ci ildə çap etdirdiyi “Ağ qala” romanı ilə qazanıb. 1990-cı ildən sonra bir çox dillərə, xüsusən də ingilis dilinə tərcümə edilmişdir. Həyat yoldaşı ilə birlikdə Amerikaya gedən Orxan Pamuk 1985-88-ci illər arasında Nyu Yorkdakı Kolumbiya Universitetində "qonaq alim" olub. Qızı Rüya 1991-ci ildə anadan olub. Onun 1994-cü ildə Türkiyədə nəşr olunan “Yeni həyat” romanı türk ədəbiyyatında ən çox oxunan romanlardan biridir. Orxan Pamuk 1990-cı illərin ortalarından etibarən insan haqları və fikir azadlığı ilə bağlı yazıları ilə Türkiyə dövlətinə tənqidi münasibət bəsləsə də, aktiv siyasətlə o qədər də maraqlanmırdı. “Mənim ilk və son siyasi romanım” adlandırdığı “Qar” romanı 2002-ci ildə işıq üzü görüb. Beynəlxalq və yerli qəzet və jurnallarda yazdığı ədəbi-mədəni məqalələri, eləcə də şəxsi dəftərlərindən seçdiyi böyük seçmələri 1999-cu ildə “Digər rənglər” adı ilə çap etdirmişdir. Pamukun “Qar” romanı “New York Times Book Review” jurnalı tərəfindən 2004-cü ilin ən yaxşı 10 kitabından biri seçilib. 2006-cı ildə çex yazıçısı Milan Kundera və Philip Roth kimi uğurlu adlar arasında Orxan Pamuk 2006-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatını qazanaraq 1 milyon 360 min dollar mükafat aldı.
Mənbə: yeniakit.com.tr
Tərcümə etdi: Gülnisə Əfkari
