Bu gün:

Yağış suyu içmək olar?


Yağış suyu içmək olar?

Yağış havadan düşməzdən əvvəl atmosferdən keçir və buna görə də havada zərərli toz və hissəciklər toplayır. Buna görə də bütün yağış sularını içmək təhlükəsiz deyil. Nə qədər ki yağış suyu təmizdir, onu içməyin heç bir zərəri yoxdur. Ümumiyyətlə, dünyada bir çox icmaların içməli su mənbələri yağış sularından asılıdır.

Bunlardan başqa, müxtəlif fiziki və ətraf mühit amilləri təzə, təmiz yağış suyunu tez bir zamanda sağlamlıq üçün təhlükəyə çevirir. Yağış sularında zərərli bakteriya, parazit və viruslara rast gəlmək olar. Bundan əlavə, yağış suları tarixən xəstəliklərin yayılması ilə əlaqələndirilib.

Çirk, heyvan nəcisi və ya ağır metallarla təmasda olan yağış suları insan sağlamlığı üçün təhlükə yaradır. Buna görə, yağış suyunun şəxsi sağlamlıq üçün təhlükəsiz və təmiz olduğuna əmin olmadan toplayıb içməyə başlamaq tövsiyə edilmir.

İçilsə nə olar?

Yağış suyunun təhlükəsizliyinə müxtəlif faktorlar təsir edə bilər, o cümlədən insanın yaşadığı yerə nə qədər tez-tez yağdığı, havanın çirklənmə səviyyəsi və suyun yığılması, təmizlənməsi, saxlanması və sınaqdan keçirilməsi üçün istifadə olunan üsul və alətlər. Bəzi virus, parazit və bakteriya növlərini qaynar su ilə yox etmək olar. Ancaq digərləri suyu içməli hala gətirmək üçün bəzi kimyəvi təmizlənmə tələb edə bilər. Xüsusilə su filtrindən istifadə etmək tövsiyə edilir.

Tərkibində parazitlər, viruslar və ya ağır metallar olan yağış sularından istifadə bir çox xəstəliklərə, insanlarda böyük sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan başqa, təmiz və təhlükəsiz yağış suyu içmək sağlamlığa zərər vermir.

Mənbə: Hürriyet

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et