Bu gün:

Çayı kim kəşf edib?


Çayı kim kəşf edib?

Çay ölkəmizdə və dünyada ən çox qəbul edilən içkilərdən biridir. Demək olar ki, istənilən vaxt içilə bilən çay ölkəmizdə çox məşhur içkidir. 

Çay günün istənilən vaxtında qəbul edilə bilən və hər kəs tərəfindən sevilən ən vacib içkilərdən biridir. Mövcud olduğu dövrdə dərman kimi də istifadə edilmişdir.

 Çayı kim kəşf edib?

 Çayı eramızdan əvvəl 2737-ci ildə Böyük Çin imperatoru Şen Nunq kəşf etmişdir. Bu kəşf təsadüfi olsa da, uzun illərdir ki, xüsusilə Çində geniş şəkildə qəbul edilir. Bir gün Şen Nunq bağçada açıq qabda su qaynadarkən kolların bir neçə yarpağı qaynayan suya düşdü. Yarpaqlar sudan yığılmazdan əvvəl ətrafa gözəl qoxu yayılır və imperator bu bitki mənşəli suyu içir. Sonra çox xoşuna gəlir.

 Çay Avropaya 1610-cu ildə gəldi. Onun Türkiyəyə gəlişi 19-cu əsrin sonlarına təsadüf edir. Yaponiyadan gələn çay toxumları ilk dəfə Bursada əkilib.

Mənbə : hurriyet. com. tr

Tərcümə etdi : Aysel Aslanova

Paylaş
Şərh əlavə et